Saturday, December 28, 2013

"Fotoqrafiyanın Əsasları" Kursu

"Fotoqrafiyanın Əsasları" kursu fotoqrafiya sahəsində öz baza biliklərini artırmaq, kameranın mühüm funksiyalarını dərindən öyrənmək, rəqəmsal fayllarla işləmək və çəkilmiş fotoların keyfiyyətli emalı yollarını öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimdə əsas vurğulanan sahələr fotoqrafiyanın bədii, yaradıcı və texniki aspektləri, işıq və rənglə işləmə xüsusiyyətləri, eləcə də kompozisiyanın əsasları və fotoqrafiyanın tarixidir. Qazanılmış biliklər nəzəri və praktiki məşğələlər, o cümlədər studiyada iş vasitəsilə möhkəmlənir. Hər praktiki məşğələdən sonra çəkilmiş işlər ətraflı müzakirə olunur. Təlim Azərbaycan dillində aparılır. 


Kurs bitdikdən sonra yadınızdan çıxan və ya başa düşmədiyiniz nəsə olsa, eləcə də hər hansı bir texniki problemlə üzləşsəniz və məsləhətə ehtiyaçınız olarsa, hər an dəstəyimə arxalana bilərsiniz. Bunun üçün yeganə şərt - kurs haqqında rəyinizi və şərhlərinizi bu mövzunun altında hamı ilə bölüşməkdir.


KURSUN QISA MƏZMUNU

FOTOQRAFİYANIN QISA TARİXİ 
  • Fotoqrafiyanın texnoloji proseslərinin inkişafı ilə tanışlıq 
  • Məhşur fotoqrafiyalar və fotoqraflar 
  • Fotoqrafiyanın janrları 

FOTOQRAFİYANIN TƏRKİB HİSSƏSİ
  • Mövzu 
  • Kompozisiya 
  • Texniki detallar 

FOTOKAMERALAR 
  • Kameraların tipləri 
  • Fotokameranın içindəkilər. Əsas qurğular və iş prinsipləri 
  • Sensor və kropfaktor 
  • Fotokameranın əsas idarə orqanlarının öyrənilməsi 
  • Dinamik diapazon anlayışı 

OBYEKTİVLƏR 
  • Obyektivlərin növləri 
  • Obyektivlərin əsas və əlavə xüsusiyyətləri 
  • Manual və avto fokus 

TEXNİKİ ƏSASLAR
  • Çəkiliş necə baş verir 
  • Ekspozisiya 
  • Sürgü sürəti 
  • Diafraqma 
  • İşığahəssaslıq 
  • Ekspozisiya addımı 
  • Ekspodüzəliş 
  • Ekspozisiyanın ölçülmə növləri 
  • DOF (kəskinlik dərinliyi) 
  • Ağ balans (avtomat və manual) 

FOTOKAMERANIN İŞ REJİMLƏRİ 
  • Yaradıçı rejimlər 
  • Sürgü sürəti və diafraqma üstünlüyü rejimləri 
  • Manual rejim 
  • Parlaqlığın paylaşma qrafiki (histoqram) 

KOMPOZİSİYANIN ƏSASLARI 
  • Əsas qaydalar 
  • Diaqonallar. Perspektiv. Aktiv xəttlər 
  • Kadrın təşkili. Tarazlıq 
  • Vizual vurğular. Kadrda əsas və ikinci dərəcəli amillər 
  • Fotonun həndəsi və məzmun mərkəzi 

RƏQƏMSAL ŞƏKİL Ə ONUN EMAL ÜSULLARI VƏ VASİTƏLƏRİ 
  • Qrafik faylların formatları (RAW, TIFF, JPEG) 
  • Adobe Lightroom proqramının interfeysi ilə tanışlıq 
  • Fotoların emalı üçün tipik addımlar 
  • Rəqəmsal neqativlərin saxlanılması 

STUDİYA İLƏ TANIŞLIQ 
  • İşığın xüsusiyyəti və tipi 
  • Studiya avadanlığı: işıq qurğuları və taxmalar 
  • Flaşların sinxronizasiyası 
  • Əsas işıq sxemləri 

MƏKAN
2942A, M. Hadi küçəsi (Həzi Aslanov metro stansiyasının yaxınlığında)

MÜDDƏT, TARİX VƏ VAXT
Kurs ümumilikdə həftədə 2 dəfə olmaqla 8 dərsdən ibarətdir. Məşğələlərın vaxtı qrup yığıldıqdan sonra, iştirakçıların rəyini nəzərə almaqla təyin ediləcək.

İŞTİRAKÇI SAYI
Təlimin efektivliyi məqsədilə kursda iştirakçı sayı məhduddur. Qrupda maksimum 5 iştirakçı nəzərdə tutulub. 

SİZƏ NƏ LAZIM OLACAQ
  • Kamera 
  • Qeydlər üçün qələm və dəftər 
  • Noutbuk
  • Fleş kart 

QİYMƏT 
Təlimdə 1 nəfər üçün iştirak haqqı 200 AZN-dir. İştirak haqqı əvvəlcədən və ya birinci məşğələdə ödənilməlidir.

TƏLİMÇİ 
Rüfət Abas

Əlavə məlumat və qeydiyyat üçün əlaqə: 
Email: info@rufatabas.com
Telefon: +994 51 940 40 99

TƏLİMDƏ İŞTİRAK ETMƏK ÜÇÜN ONLAYN QEYDİYYAT FORMASINDAN İSTİFADƏ EDİN.

Thursday, December 26, 2013

“BEFORE & AFTER” Adobe Lightroom Kursu

Həvəskar və peşəkar fotoqraflar üçün “BEFORE & AFTER” Adobe Lightroom kursunu təqdim edirik. Təlimdə iştirak etməklə Siz, redaktor vasitəsilə fotoların emalına sərf etdityiniz vaxtı azaltmaqla yanaşı, onların emal keyfiyyətini artıracaq, eləcə də yaradıcı fəaliyyət imkanlarınızı genişləndirməklə, fotoqrafiya sahəsindəki bilik və bacarıqlarınızı daha yüksək mərhələyə daşımaq imkanı əldə edəcəksiniz. Təlim Azərbaycan və Rus dillərində aparılır.



Kurs bitdikdən sonra yadınızdan çıxan və ya başa düşmədiyiniz nəsə olsa, eləcə də hər hansı bir texniki problemlə üzləşsəniz və məsləhətə ehtiyaçınız olarsa, hər an dəstəyimə arxalana bilərsiniz. Bunun üçün yeganə şərt - kurs haqqında rəyinizi və şərhlərinizi bu mövzunun altında hamı ilə bölüşməkdir. 


KURSUN QISA MƏZMUNU
Lightroomla tanışlıq
  • RAW haqqında
  • Proqramın konsepsiyası
  • Proqramın kompüterə qurulması
Modullarla iş
  • Library (Kitabxana)
  • Fotoların əlavə edilməsi
  • Meta-data ilə iş
  • Fotoların seçilməsi
  • Kolleksiyaların yaradılması
  • Fotoların sürətli emalı
  • Eksport
Develop (Emal)
  • Ağ balans
  • Ekpozisiya ilə iş
  • Fotoların rəng tonunun dəyişilməsi
  • Ağ-qaraya çevirmə texnikaları
  • Lenslərin təhrifinin aradan qaldırılması
  • Fotoların korreksiyası
  • Presetlərin yazılması və yaradılması
  • Fotoların sinxron emalı və korreksiyası
Əlavə Modullar
  • Map
  • Book
  • Slideshow
  • Print
  • Web

MƏKAN
2942A, M. Hadi küçəsi (Həzi Aslanov metro stansiyasının yaxınlığında)

MÜDDƏT, TARİX VƏ VAXT
Kurs ümumilikdə həftədə 2 dəfə olmaqla 8 dərsdən ibarətdir. Məşğələlərın vaxtı qrup yığıldıqdan sonra, iştirakçıların rəyini nəzərə almaqla təyin ediləcək.

İŞTİRAKÇI SAYI
Təlimin efektivliyi məqsədilə kursda iştirakçı sayı məhduddur. Qrupda maksimum 5 iştirakçı nəzərdə tutulub.

SİZƏ NƏ LAZIM OLACAQ
  • Noutbuk
  • Adobe Lightroom proqramı. Proqramı (İngilis dilində trial) buradan endirə bilərsiniz 
  • Fleş kart
  • Qeydlər üçün qələm və dəftər

QİYMƏT
Təlimdə 1 nəfər üçün iştirak haqqı 100 AZN-dir. İştirak haqqı əvvəlcədən və ya birinci məşğələdə ödənilməlidir. 

TƏLİMÇİ
Rüfət Abas

Əlavə məlumat və qeydiyyat üçün əlaqə: 
Email: info@rufatabas.com
Telefon: +994 51 940 40 99

TƏLİMDƏ İŞTİRAK ETMƏK ÜÇÜN ONLAYN QEYDİYYAT FORMASINDAN İSTİFADƏ EDİN.